Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub
Orban: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına veto qoymalı idi
14:54
357
Macarıstanın yeni hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə veto qoymalı idi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Macarıstanın keçmiş baş naziri, müxalif “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının lideri Viktor Orban bildirib.
“Bu yaxınlarda Rusiya enerji daşıyıcılarının Avropa bazarına çıxışını birdəfəlik qadağan edən 21-ci sanksiyalar paketi qəbul edildi. Macarıstan hökuməti bu paketə veto qoymalı idi. Mən hər dəfə belə edirdim – ruslara görə deyil, Macarıstanın maraqlarını qorumaq üçün”, – Orban deyib.
Keçmiş baş nazir vurğulayıb ki, Macarıstanın hələ də ucuz Rusiya enerjisi, neft və qazına ehtiyacı var.
“Bu, Macarıstanın maraqlarına uyğundur”, – Orban qeyd edib.