Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO Hadisə

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO