Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Siyasət

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.İ.Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".