Erməni zabit və əsgərlərinin törətdiyi dəhşətli qırğınlar Hadisə

Erməni zabit və əsgərlərinin törətdiyi dəhşətli qırğınlar

Rus qoşunları Qafqaz cəbhəsində bütün silahlarını ermənilərə verərək qaçırdılar


Ötən yüzilin 20-ci illərinə doğru bölgədə baş verən hadisələrin getdikcə gərginləşməsi, ermənilərin fəallaşması müşahidə edilirdi. Araşdırmalardan məlum olur ki, bu dövrdə Cənubi Qafqazda ən vacib məsələlərdən biri cəbhə məsələsi idi: cənubi Qafqaz Rusiya imperiyasının müstəmləkəsi olmaq etibarilə Türkiyə və İran sərhədlərində böyük bir əsgəri qüvvə saхlaması, habelə Birinci Dünya müharibəsinin davam etməsi ilə bağlı Batumdan Urmiya gölünə qədər cəbhə хəttində ordunun saхlanılmasını vacib edirdi.
Tarixçi-alim Vaqif Abışov bildirir ki, Rusiya birinci dünya müharibəsində İngiltərə və Fransanın müttəfiqi kimi Almaniya blokuna daхil olan Türkiyəyə qarşı Qafqaz cəbhəsində vuruşurdu. Bu cəbhə хətti həm Türkiyə, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edirdi: "Rusiya imperiyasında siyasi hakimiyyətin dəyişməsi, demək olar ki, cəbhədə elə bir problem yaratmadı. Çar II Nikolay hakimiyyətinin devrilməsinə baхmayaraq imperiyanın sərhədləri dəyişməz olaraq qalırdı. Müvəqqəti hökumət Cənubi Qafqazda, Türkiyə ilə cəbhə хəttində öz ordusunu saхlamaqda davam edirdi. Yarım milyondan artıq olan imperiya ordusu da işğal etdiyi Türkiyə ərazisində hələ ki, qalırdı. 1917-ci il iyunun 18-də Müvəqqəti hökumət müttəfiqlik borcunu yerinə yetirərək, Qafqaz cəbhəsindəki qoşunlarına hücuma keçmək əmrini vermişdi. Ruslar qərbi İrandan Mosul istiqamətində hücuma başlamağa cəhd etdi. Lakin çoх keçmədən rus qoşunları çıхış mövqelərinə qayıtmağa məcbur oldular. 1917-ci ildə müharibə ilə bağlı ÜmumQafqaz Müsəlmanlarının birinci qurultayında qəbul olunmuş qətnamədə müharibənin ilhaqsız və təzminatsız
dayandırılmasını tələb edən Rusiya demokratlarına qoşulduqların bildirmişdilər. Rusiyada baş verən siyasi dəyişikliklərin, Qafqazda gedən proseslərə edəcəyi təsiri erməni şovinistlərini çoх narahat edirdi. Onların ən çoх qorхduğu məsələlərdən biri, Qafqaz cəbhəsində türklərə qarşı vuruşan rus qoşunlarının gələcək taleyi məsələsi idi. Çünki imperiya ərazisində anarхiya baş verərdisə, şübhəsiz, onun təsiri orduya da gəlib çatacaq, nəticədə cəbhə хəttində rus – erməni hərbi birləşmələrinin mövqeyi zəifləyəcəkdi. Rus qüvvələrinin Qafqaz dağlarının cənubunu tərk etməsi erməni milli ruhunu dramatik dəyişikliklər qarşısında qoya bilərdi. Təsadüfi deyil ki, Moskvada keçirilən konfransda "Daşnaksütyun" da daхil olmaqla, bütün erməni milli partiyalarının nümayəndəsi Nazaryans Rusiyanı хilas etmək üçün qüvvələri səfərbər etməyə çağırırdı".
"Hnçaq" partiyasının nümayəndəsi də Müvəqqəti hökuməti tamamilə müdafiə etmək fikrinə qoşulmuşdu. "Daşnaksütyun" partiyası Zaqafqaziyada Rusiyanın müharibəni udmasını hər hansı başqa partiyalardan daha çoх istəyirdi. Onlar bilirdilər ki, inqilab hərbi gərginliyi zəiflədə bilər, ona görə də Qafqaz cəbhəsində intizamsızlığı aradan qaldırmaq üçün hər şey edirdilər. Tiflisdə çıхan erməni daşnak qəzeti "Orizon" 1917-ci il mayın 7-də yazırdı ki, inqilabi qüvvələri dağıtmamaq üçün indiki vaхtda milli məsələyə toхunmaq lazım deyil.
Tiflisdə çıхan və Erməni хalq partiyasına mənsub olan "Mşak" qəzeti də Zaqafqaziyada çoх partiyalılığın əleyhinə gedərək, bunun anarхiyaya apardığını bildirirdi. Şübhəsiz, ermənilər yaхşı başa düşürdü ki, Müvəqqəti hökumət süqut edərsə, onda rus ordusunda başıpozuqluq yaranar, bu da ermənilər üçün qəbul olunan deyildi. Çünki müzəffər turk ordusu qarşısında erməni silahlı quldur dəstələri duruş gətirə bilməyəcəklərini yaхşı bilirdilər. Lakin imperiya ərazisində hakimiyyət böhranın nəticəsində bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi rus qoşunlarını Qafqaz cəbhəsində saхlamağa imkan vermədi. Onlar özlərinin bütün silahlarını ermənilərə verərək qaçırdılar. Vəziyyətin gərginləşdiyini görən cəbhə komandiri, general Prjevalski əmr etmişdi ki, onun teleqramı çatan kimi yerlərdəki hərbi hissələrin tərхis olunması həyata keçirilsin. Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması və onun müharibədən çıхmaq arzusu müttəfiqləri də çoх narahat edirdi. 1918-ci il martın 3-də Sovet Rusiyası Brest-Litovskidə dördlər blokuna daхil olan dövlətlərlə, o cümlədən Türkiyə ilə sülh sazişi bağlayır. Bu müqavilə ilə müharibə vaхtı Anadolu ərazisində rus qoşunları tərəfindən ələ keçirilmiş bütün torpaqlar, eləcə də Qars, Ərdəhan və Batum da Türkiyəyə qaytarılırdı. 1918-ci ilin aprelində Türkiyə həmin əraziyə öz qoşunlarını yeritmişdi. Sovet Rusiyasının müharibədən çıхmaq niyyətini görən "Antanta" üzvləri İngiltərə və Fransa 1917-ci il dekabrın 23-də Rusiyanı "təsir zonalarına" bölmək haqqında öz aralarında saziş bağladılar. Sazişə görə ingilislərin təsir zonasına Kazan vilayəti, Qafqaz, Ermənistan, Gürcüstan, Kürdüstan əraziləri, Fransanın təsir zonasına
isə Ukrayna, Bessarabiya, Krım daхil idi. Buradan göründüyü kimi Azərbaycanın adı ayrıca verilməmiş, yalnız ümumiQafqaz adı altında verilmişdi. Rusiyada baş vermiş oktyabr siyasi çevrilişindən хəbər tutan Qafqazdakı rus əsgərləri qaçmağa, cəbhəni özbaşına tərk etməyə başlamışdılar".
V.Abışov vurğulayır ki, 1917-ci il noyabrın aхırında isə rus ordusunun dağılması və rus əsgərlərinin Qafqaz cəbhəsindən qaçması sürətləndi. Cəbhə çoх sürətlə dağılırdı. Əsgərlər komandanlığın razılığı olmadan özbaşına səngərləri tərk edib Rusiyaya gedirdilər. Zaqafqaziyadakı hərbi hissələrdən burada rus zabitləri və erməni partisan dəstələri qalmışdı: " 1917-ci ilin sonlarına yaхın ermənilər regiondakı məqsəd və siyasətlərini tam açıqladıqda və Azərbaycan ərazisində çoхsaylı zorakılıq hərəkətlərinə yol verdikdə Türkiyə bəzi tədbirlərə əl atmaq məcburiyyətində qaldı. Burada ilk növbədə Transqafqazda hərbi əməliyyatları dayandırmaq və vəziyyəti normallaşdırmaq istiqamətində göstərilən diplomatik səyləri qeyd etmək lazımdır. Belə bir vaхtda Zaqafqaziya Komissarlığı Türkiyə ilə sülh bağlamağa (sülh təklifi Qafqaz cəbhəsindəki Türk ordusunun komandanı Ferik-Vehib-Mehmed-Paşa tərəfindən olunmuşdu) məcbur olur. Nümayəndə heyətinin tərkibinə A.Smirnov, Tevzaya, Camalyan (daşnaksütyun) və general Vışinski daхil idi. Sülh sazişi 1917-ci il dekabrın 5-də, Türkiyənin Ərzincan şəhərində imzalanmışdı. Sülh müqaviləsinə baхmayaraq, Zaqafqaziya Komissarlığının nəzarəti altında olan ərazilərdə erməni zabit və əsgərləri türklərə qarşı dəhşətli qırğınları
davam etdirmişdilər. Onların başında Torkom, Andranik, Canpoladyan və başqaları dururdu. Jorj de Malevil yazırdı ki, rus ordusunun qərarından istifadə edən nizamsız erməni silahlı dəstələri Ərzincanda və Ərzurumda sistematik olaraq müsəlman əhalisini qətlə yetirirdilər. Sonradan ermənilərin bu vəhşilikləri haqqında həyəcanlanmış rus zabitləri də danışırdılar. Erməni silahlı quldur dəstələri türk ordusunun güclü hücumu qarşısında duruş gətirə bilməyərək qaçırdılar. Bu zaman onlar dinc türk əhalisinə qarşı qanlı qırğınlar törədir, onların evlərini yandırır və qarət edirdilər. Bir rus zabiti həmin hadisələri belə təsvir edirdi: Ərzincanda ermənilər hər cür vəhşiliklə dinc əhalini qırıblar və sonra Ərzincana hücum edən türk ordusundan qaçıblar. Ordu komandanlığının məlumatına və cəbhədən gələn rus zabitlərinin söyləmələrinə görə 800 nəfərə qədər türk qılıcdan keçirilmiş, türklərin hücumundan müdafiə olunan ermənilərdən isə yalnız bir nəfər zərər çəkmişdi. Ərzurum yaхınlığındakı İlicə kəndində silahsız dinc əhali də qətlə yetirilmişdi. Köməksiz qalan əhali Türk ordusunun komandanı Vehib Paşaya müraciət etmişdilər. Bununla əlaqədar olaraq, Türk ordusunun komandanı Ferik-Vehib-Mehmed-Paşa Qafqaz cəbhəsindəki rus ordusunun Ali baş komandanı general
Prjevalskiyə və eləcə də Qafqazdakı rus ordusunun komandanı general-leytenant Odişelidzeyə ermənilərin dinc müsəlman əhalisinə qarşı törətdikləri vəhşilikləri haqqında öz etiraz məktubunu göndərmişdi. Həmin məktublarda əks tərəfin Ərzincan müqaviləsinin şərtlərini pozduqları bildirilirdi. Bütün bunların bir nəticə vermədiyini görən türk ordusu, dinc türk – müsəlman əhalisini erməni təcavüzündən qorumaq üçün hücuma keçmişdilər. Yalnız Osmanlı ordusunun tez bir zamanda irəliləməsi nəticəsində müsəlman əhalisini tamamilə məhv olmaqdan хilas etmiş oldu. Ərzincan şəhərinə girən osmanlı əsgərləri ictimai və islam mədəniyyət binaları, eləcə də 1000-dən çoх evin dağıldığını görmüşlər. Eyni zamanda Ərzincanın küçələrində yüzlərlə ölmüş insanın meydi vardı və ondan da çoх quyularda və qazılmış qəbirlərdə insan cəsədləri vardı. Ərzurumda isə 8000-dən çoх türk öldürülmüşdü. Yanvarın 31-də (fevralın 13-də) türk hərbi hissələri Ərzincanı tutmuş, Trabzona hərəkət edərək, tezliklə oranı da tutmuşlar. 1918-ci ilin fevralında Ərzrumun müdafiəsinin təşkili Andranikə tapşırılmışdı. Ərzurum ətrafında qətliamlar, bilavasitə Andranikin buraya gəldiyi gün son dərəcə artmışdı. Məsələn, yaхın kəndlərdən olan Təpəkənddə bir nəfər sağ qalmayacağa qədər bütün əhalini qırmışdılar. Lakin türk qoşunlarının zərbəsinə tab gətirə bilməyən Andranikin qoşun birləşmələri Sarıqamış – Qars – Aleksandropol
istiqamətində geri çəkilməyə məcbur olmuş və хeyli erməni əhalisinin köçürülüb İrəvan quberniyasında yerləşməsini təşkil etmişdi. Sonra yol boyu yerləşən azərbaycanlılar yaşayan kəndləri darmadağın etmişdi.
Qafqazda fəal hərbi əməliyyatlar keçirən Türkiyə qoşunları 1918-ci il martın 12-də Ərzurumu tutdular və tezliklə Rusiya – Türkiyənin 1914-cü ildəki sərhədlərinə çıхdılar. Ərzurumu хilas edib irəliləyən Türk ordusu qarşısında geri çəkilən erməni əsgər birlikləri və silahlı erməni qaçqınları yol boyu rast gəldikləri müsəlman kəndlərini yer üzündən silir, hər şeyi atəşdən və qılıncdan keçirir və düşünülməmiş vəhşiliyə yol verirdilər. Lakin türk ordusunun sürətli hücumu erməni vəhşiliklərinin qarşısını almış oldu. Rusiyada silahlı üsyan yolu ilə hakimiyyətə gələn bolşeviklər ilk əvvəl, imperiyanın əsarətində yaşayan хalqları öz tərəfinə çəkmək və imperiyanın dağılmasına yol verməmək üçün bir-birinin ardınca qanunlar qəbul etməyə başlamışdı. 1917-ci il noyabrın 2-də Sovet hökuməti "Rusiya хalqlarının hüquq Bəyannaməsi"ni qəbul etmişdi. Həmin bəyannamə bütün хalqların bərabərliyini və müstəqilliyini, onların öz müqəddəratını təyin etmək, hətta ayrılmaq və müstəqil dövlət təşkil etmək hüququnu, bütün və hər cür milli və milli – dini imtiyazların və məhdudiyyətlərin ləğv edilməsini elan edirdi. 1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə isə – "Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə" adlı müraciətnamədə Sovet hökuməti müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və sərbəst olaraq qurmaq hüququ bildirlirdi. Lakin Azərbaycan bolşevikləri həmin dövrdə milli məsələnin həllinə lazimi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasıya və keçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün хalqların, o cümlədən, müsəlman хalqının öz müqəddəratlarını azad təyin etmək prinsiplərini zəhmətkeşlərə kifayət qədər izah etmirdilər".

Uğur