İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
14 Oktyabr 2025 10:47
1 722
2014-cü ildə Venesuelanın xarici valyuta gəliri 39 milyard dollar olub, 2020-ci ildə isə bu rəqəm 743 milyon dollara enib.
APA xəbər verir ki, bunu Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran “Venesuela, Latın Amerikası və Karib Sülh Bölgəsi" adlı konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, Venesuelanın 29 beynəlxalq bankda və 3 çoxmillətli qurumda 20 milyard dollardan çox aktivi dondurulub.
“Sabiq ABŞ Prezidenti Venesuelanın ABŞ üçün qeyri-adi bir təhdid olduğunu elan edən sənəd imzaladı. Bu sənədin imzalanmasından sonra şiddətli sanksiyalara məruz qalmışıq. Sanksiyalar ucbatından 2015-ci ildən başlayaraq 7 il ərzində illik 40 milyard dollar itirmişik”, - Venesuela səfiri qeyd edib.
Kristofer Martinez Berroteran “ABŞ donanmasının Karib dənizində venesuelalı balıqçı gəmilərinə hücum etdiyini və onları narkotik tranzitində ittiham etdiyini, lakin balıqçıların narkotik daşıdığına dair heç bir sübutun təqdim olunmadığını” əlavə edib.
16 Yanvar 18:35
1 939
16 Yanvar 17:57
1 862
16 Yanvar 17:31
1 862