29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
14 Oktyabr 2025 11:58
7 336
Populyar mədəniyyətdə "qatil həmişə qətl yerinə qayıdır" deyilir və indi Urmiya gölünün qurudulmasından sonra cinayət yerinə qayıdan və bu qeyri-insani hərəkətə haqq qazandıran İslam İnqilabı Keşikçiləri Korpusunun hekayəsidir. Əlbəttə ki, SEPAH Urmiya gölünün qurudulmasında əsas rol oynamamış olsaydı, onun nümayəndəsi ətraf mühitə tərəfdarlarına hücum etməzdi.
Bunu xalqcebhesi.az-a yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert Maşallah Rəzmi Urmiya gölünün qurudulmasında İran hakimiyyətinin rolunun olmadığını iddia edən SEPAH sözçüsü Ramazan Şərifin fikirlərinə münasibətində deyib.
"SEPAH sözçüsü Ramazan Şərif yaxşı bilir ki, Urmiya gölünə tökülən 22 çayın üzərindəki 44 böyük bənd, "Su mafiyası" olaraq bilinən İslam İnqilabı Keşikçiləri holdinqi Xatəm əl-ənbiya Vəqfi tərəfindən inşa edilib və suyun gölə axıdılmasının qarşısını alıb. Məsələn, SEPAH sözçüsü yaxşı bilir ki, Kani Sib bəndindən Urmiya gölünə su çatdırmaq üçün hökumətlərdən bir neçə milyard dollar alıb bir tunel və kanal tikmək olardı, amma gölün bərpası üçün BMT və Yaponiya hökumətindən maliyyə yardim aldı və nəticədə gölü qurutdu. İslam İnqilabı Keşikçiləri Korpusu Qərbi Azərbaycanda əkin sahəsini 300 min hektardan 680 min hektara, artırdı İsfahan və Məşhəddəki maldarlara yem istehsalı üçün isə 25 min hektara yonca və 30 min hektar alma əkdi, ancaq alma saxlamaq üçün soyuducu yaratmadı. Qərbi Azərbaycanda suyun 60% - i üç məhsulun becərilməsinə sərf olunur: yonca, şəkər çuğunduru və alma, bunların heç biri stratejik deyil və yalnız SEPAH-a fayda gətirir".
Cavid
28 Avqust 10:48
1 540
25 Avqust 11:15
2 702
25 Avqust 11:13
2 569