"Prezidenti İlham Əliyevin şəxsi nüfuzu da öz sözünü deyir" Gündəm

"Prezidenti İlham Əliyevin şəxsi nüfuzu da öz sözünü deyir"

Azərbaycanın Misirin Şarm Əl-Şeyx şəhərində Qəzza ilə əlaqəli "Sülh sammitinə" dəvət alması, əvvəla Fələstin-İsrail məsələsinin mahiyyətinə yaxından bələd olması, sonra isə tərəflərə eyni məsafədə dayanması ilə neytrallığını qoruması, eləcə də, yerləşdiyi regionda yürütdüyü siyasət ilə uzun on illər mövcud olan Qarabağ problemini sülh müqaviləsinin bir addımlığına gətirməsi ilə regionun siyasi arxutekturasında qarşıdurma yox, əməkdaşlıq, inkişaf, gələcək planlar dövrünün yaradıcısı kimi təcrübəsi ilə nüfuz sahibi olması rol oynadı.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanın artan beynəlxalq nüfuzu artıq digər regionların da problemlərinin həllində öz sözünü deməyə qadirdir. Azərbaycanın da bu problemin həllində deməyə sözü vardır. ABŞ Prezidenti Donald Trampın Azərbaycanı sammitə dəvət etməsi əslində məsələnin real şəkildə həllində Azərbaycanın ciddi rol ala biləcəyinin inamıdır.

Azərbaycan hər iki ölkənin, İsrail və Fələstin tərəfinin etimad etdiyi ölkə kimi beynəlminəl güclərin tərkibində Qəzzada yerləşə bilər: "Əmin şəkildə demək olar ki, əgər, beynəlminəl güclər yaradılacaqsa, Azərbaycanın iştirakı böyük ölçüdə buna hesablanıb. Azərbaycanın həm də NATO kontingenti tərkibində Kosova və Əfqanıstanda uzun müddətli belə təcrübəsi vardır. Azərbaycan əsgəri ABŞ əsgəri Əfqanıstanı tərk edəndən sonra belə orda sona kimi Türkiyə əsgəri ilə birlikdə xidmət göstərmişdi. Bunu Tramp yaxşı xatırlayır.

Azərbaycan bununla yanaşı İsrail hakimiyyəti ilə də bilavasitə məsələlərnin həlli üçün əlaqə yarada bilər, qarşılıqlı təminat sözlərinə səmimi şəkildə əməl ediləcəyinə dair tərəflərə dəstək verə bilər.

Qeyd edilən məsələlər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu da öz sözünü deyir. Azərbaycan Prezidentinin sözünün onun imzası olduğu gerçəyi hər kəsə bəllidir. Hesab edirəm ki, İsrail dövləti digər sammit iştirakçısı ölkələri bir tərəfə, əsas Azərbaycan Prezidentinin sözünə əmin olub, beynəlminəl güclərin Qəzzada uğur qazanacağı gerçəyinə inana və əmin ola bilər. Fələstin tərəfinin də Azərbaycan Prezidentinin sülhpərvər siyasətinin uğurlarından onların da payına düşəcəyi gerçəyini qəbul etməsi təbii olacaq. Çünki Azərbaycan Prezidenti olduğu yerdə həmişə nəticə sülhlə bitir.

Ümid edirik ki, hər iki tərəf bu şansdan istifadə edərək gələcək nəsillərinin sülh şəraitində yaşamaq imkanını əldən verməyəcəklər".

Cavid