Milli Mətbuatımızın yaranmasının 141 ili tamam olur Hadisə

Milli Mətbuatımızın yaranmasının 141 ili tamam olur

Həmkarlarımız nə düşünürlər?

Bu gün Milli Mətbuat Günü- Azərbaycan jurnalistlərinin peşə bayramıdır. Uzun yol qət edərək bu günkü səviyyəyə çatan Azərbaycan mediasının bu günkü durumu, perspektivlər və həmkarlarımızın arzularının nədən ibarət olduğu ilə maralandıq.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev
"düşünürəm ki, bu gün Azərbaycan mətbuatı öz dəsti-xətti olan, xarici media ilə ayaqlaşa bilən, dünya standrtlarına uyğun, inkişaf dövrü keçən bir mediadır", - deyə bildirdi: "Təbii ki, görüləcək işlər də çoxdur, əsas məsələ kadr potensialının yetişdiriləməsidir. Bu potensial bir neçə dildə yaza bilən və ya yazıları aparıcı dünya mətbu orqanlarında çap edilə biləcək kadrlardan ibarət olmalıdır. Eyni zamanda, xarici medianın istinad edə biləcəyi istər elektron, istərsə də digər KİV-lərin yaradılması vacibdir. Son olaylar gösərdi ki, xaricdə də lobbiçilik siyasəti nəticəsində KİV-lər yaradılmalıdır. Bundan başqa hərbi jurnalistikanın da inkişafına çalışmaq lazımdır. Bayram münasibətilə bütün layiq olan media nümayəndlərini, jurnalist adını yüksək tutan hər kəsi səmimi qəlbdən təbrik edirəm, can sağlığı, müvəffəqiyyətlər, uğurlar, maddi və mənəvi rifah arzulayıram!".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Əmrah Fəqanoğlu bilirdi ki, Azərbaycan mətbuatının bugünkü durumunu ümumilikdə müsbət qiymətləndirirəm: "Çünki dövlət səviyyəsində mətbuata böyük diqqət və qayğı göstərilir. Xüsusən çap mətbuatına dövlət büdcəsindən lazımı qədər vəsait ayrılır. Jurnalistlərin zəhməti, istedadı qiymətləndirilir, onlar fəxri adlara, digər təltiflərə layiq görülür. Jurnalistlərin evlə təmin olunması sahəsində dövlətimizin həyata keçirdiyi layihələr də onların fəaliyyətinə verilən çox yüksək qiymətin təcəssümüdür. Bu gün mətbuat həqiqətən də cəmiyyətin güzgüsünə çevrilib. Amma mətbuatın qarşısında duran ən mühüm vəzifə milli dövlətçilik və milli mənafeyin hər şeydən üstün tutulmasıdır. Ermənistanın işğalçı siyasətinin beynəlxalq aləmdə davamlı olaraq ifşa olunmasında da milli mətbuatımız öz qüvvələrini səfərbər etməli, bu məsələdə onların hədəfi eyni olmalıdır. 22 iyul Milli Mətbuat günü münasibətilə KİV-də çalışan bütün jurnalist həmkarlarımı səmimi qəlbdən təbrik edirəm, onlara uzun ömür, cansağlığı, bol -bol yaradıcılıq uğurları, ən əsası da öz şərəfli xidmətlərinin bəhrəsini görməyi arzulayıram!".
"Palitra" qəzetinin redaktoru İlkin Ağayev diqqətə çatdırdı ki, Azərbaycan mətbuatı son illərdə çox sürətli inkişaf dövrünü keçib: "Buraya mediada peşəkarlığın artırılmasından tutmuş media işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, yeni media vasitələrinin inkişafına, bu sahədə yeni dünya standartlarınnı tətbiqinə qədər bildirmək yerinə düşər. Xüsusilə dövlətin mediaya dəstəyinin əsas təzahürlərindən biri kimi hər il 30-dan artıq mətbuat orqanının hər birinə bir neçə dəfə 60 min, 40 min, 20 min və sair məbləğlərdə maliyyə yardımının ayrılması, jurnalistlərin beynəlxalq təcrübələrə göndərilməsi, Prezidentin təşəbbüsü ilə jurnalistlər üçün 156 mənzilli binanın tam təmirli şəkildə 2013-cü ildə istifadəyə verilməsi, daha bir 256 mənzilli binanın da yaxın zamanda jurnalistlərə hədiyyə ediləcəyi olduqca önəmli və dünyada sözügedən sahədə yeni presedent yaradan hadisələrdəndir. Bütün mətbuat nümayəndələrinin bayramını təbrik edirəm!".

Dünya mediasına inteqrasiya xətti

"Diaspor" Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə vurğuladı ki, əlbəttə, "Əkinçi"dən başlayan media yolumuzun sonu yoxdur: "Nə qədər ki, həyat var, mətbuat da zamanın tələbinə uyğun öz yoluna davam edəcək. Lakin indiki ictimai-siyasi hadisələr elə sürətlə inkişaf edir ki, bir çox hallarda mətbuatın zamanı qabaqlaması vacib olur. Ümumiyyətlə, mətbuat daim zamanın, hadisələrin önündə olmalı, cəmiyyəti öz arxası ilə aparmalıdır. Xüsusilə, informasiya müharibəsində ən öndə gedən media nümayəndələri olmalıdır. Bu gün Azərbaycanda qələmini silah edib bu müharibənin piyadası olan jurnalistlərə daha çox ehtiyac var. Azərbaycan jurnalistləri isə belə qüvvələrə qarşı daim hazır olmalıdır. Jurnalistlərimiz səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb, cavab yazıları hazırlamaq deyil, yeri gələndə hücum mövqeyinə keçib ifşaedici yazılarla dünya mediasına çıxmalıyıq. Bütün bunlara qarşı sadəcə ölkə mediasında Azərbaycan dillində yazılarla çıxış etməklə kifayətlənməməliyik. Mediamız bu məsələlərlə bağlı özünə yenə kurs götürməlidir.Ümumiyyətlə, jurnalistlərimiz beynəlxalq aləmə açılmalı, dünya mediasına inteqrasiya xəttini tutmalıdır. Əgər Həsən bəy Zərdabi sağ olsaydı, bu qeyd etdiklərimi hamıdan tez görərdi. İndiki ictimai-siyasi situasiyanı 141 il geriyə çəksək, əlbəttə ki, Həsən bəy Zərdabi də bizdən bunu istərdi. Bu anlamda onun ruhu qarşısında biz peşə məsuliyyəti daşıyırıq. Necə ki, 141 il bundan qabaq dövrün və öz daxili tələbi ilə millət üçün "Əkinçi" işığını yandırıb. Onun o zaman ən böyük amalı xalqı maarifləndirmək idisə, bugünkü amalı jurnalistikamızı beynəlxalq aləmə çıxartmaq olardı".

Müasir Azərbaycan mətbuatı

Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı dedi ki, 141 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Milli Mətbuat günü münasibəti ilə ilk olaraq həmkarlarımı təbrik edirəm: "Azərbaycan Şərqdə ilk Demokratik dövlətçilik ənənələrinə malik olduğu kimi, eyni zamanda Şərqdə mətbuat və söz azadlığı sahəsində də geniş təcürbəyə malikdir. Əsası Həsən Bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetinin nəşri ilə başlayan Milli Mətbuat tariximiz bu gün müasir dövürdə minlərlə müxtəlif səpgili qəzetlərin nəşri, televiziya və radio yayımları, eyni zamanda virtual mətbuat aləmi ilə zənginləşib. Zənginləşdikcə də püxtələşib. Bu gün özümü bu aləmin bir parçası olduğum üçün xoşbəxt hesab edirəm. Müasir Azərbaycan mətbuatı dünyada gedən sosial, iqtisasi, siyasi, mədəni və digər sahələri əhatə edən məlumatlarla öz oxucularını xəbərdar etməkdədir. Bizlər sələflərimizin əmanətini elə bir şəkildə qorumalı və gələcək nəsillərə ötürməliyik ki, Azərbaycanın Milli Mətbuat tarixi gələcəkdə elmi və digər sahələr üçün araşdırma mənbəyinə çevrilsin. Bunun üçün hər bir mətbuat nümayəndəsi qərəzsiz və ədalətli şəkildə ona verilən imkanalrdan istifadə etməlidir".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Azərbaycan mediası bu gün cəmiyyət həyatının ən aktiv institutu kimi fəaliyyət göstərir: "Hadisələrin operativ və müxtəlif aspektlərdən işıqlandırılması Azərbaycan mediasının həm ölkə oxucusu, həm də dünyada etimad qazanmasına səbəb olub. Mən günlük fəaliyyətimizdə bunun şahidi oluram. Xaricdəki həmkar dostlarımız bizimlə tez-tez əlaqə saxlayır, ölkə gündəmi, mediamızda yayılan xəbərlərlə bağlı ətraflı bilgi almaq istəyirlər. Bu o deməkdir ki, çağdaş Azərbaycan mediası dünya mediası ilə ayaqlaşa bilir. Bir zamanlar bu sözü cəsarətlə demək çətin idi. Çünki, qəzetlərimiz və televiziyalar yerli ənənələrdən kənara çıxa bilmirdilər. Bu günsə internet mediası həm bu çərçivələri dağıdıb, həm də qəzetlərin və televiziyaların da fəaliyyətinə dinamizm gətirib. Mən əminəm ki, bu tendensiya getdikcə davam edəcək Azərbaycan mediası təkcə ölkənin deyil, bölgənin və dünyanın etibarlı və operativ xəbər qaynaqlarından biri olaraq qəbul ediləcək".
Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşıyevə vuğuladı ki, müasir media artıq ənənəvi media qaydaları çərçivəsindən çıxıb. Onun sözlərinə görə, hazırda media sürətlə infotmasiya emal etmə gücünə malikdir: "Bu günkü KİV hər hansı bir problemi gündəmə gətirərək onu həll etmə gücünə malikdir. Müasir mediada çalışan jurnalist daha çox informasiyaya malik olmalı və daha sürətlə işləməyi bacarmalıdır. Bir sözlə çətin və zəhmət tələb edən, məsuliyyətli peçədə hər bir həmkarıma uğur arzulayıram. Mətbuat günlərini təbrik edirəm!".
QHT Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirdi ki, bəşər tarixinin son minilliklərində informasiya istehsalı və onun ünvanına çatdırılması mühüm əhəmiyyət kəsb edib: "Elmi-texniki inkişafın xüsusu ilə geniş vüsət aldığı son iki yüz il ərzində isə cəmiyyətin informasiya ilə təminatı priotetlər sırasında olub və bu sahədə xeyli müsbət dəyişikliklər baş verib...İlk milli mətbuat orqanımız olan "Əkinçi"ni yaratmaqla Həsən bəy Zərdabi Azərbaycanda maarifçilik fəaliyyətinin böyük vüsət almasının möhkəm təməllərini atmış oldu. Maarifçilik ideyasının mühüm daşıyıcısı olan "Əkinçi"nin milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində tarixi xidmətləri böyükdür. "Əkinçi"dən sonra ana dilimizdə bildiyimiz kimi onlarla qəzet və jurnallar işıq üzü görməyə başladı. Daha sonra Sovet dövründə Azərbaycan mətbuatı özünəməxsusu inkişaf yolu keçsədə bu dövrlə təbii ki, fikir plüralizmi və söz azadlığından bəhs etmək mümkün deyil. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranan azad media orqanları yeni jurnalist nəslini formalaşdırdı. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra azad mətbuatın inkişafına əngəl yaradan maneələr aradan qaldırıldı. Senzura ləğv edildi. KİV haqqında mütərəqqi qanun qəbul olundu. Qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılaraq təkmilləşdirildi". E.Behbud dedi ki, media qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul olundu, jurnalistlərin rifah halı yüksəldildi: "Cənab prezident İlham Əliyevin də uğurla davam etdirdiyi bu siyasət bu günki azad, müstəqil media düzənini formalaşdırmış oldu. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mediasının hərətərfli təminatına istiqamətlənmiş mühüm addımların əsas tərkib hissələrindəndir. Cənab prezidentin "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır" fikrini də ölkəmizdə fikir plürazilminə, azad mətbuata verilən ali qarant saymaq olar. Milli mətbuatımızın yaranmasının 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunmasını, daha sonra jurnalistlər üçün binanın istifadəyə verilməsini də bu sahənin inkişaf etdirilməsi ilə bağlı dövlətin siyasi iradəsinin birmənalı göstəricisi saymaq olar. Əlbətdəki mətbuata dövlət qayğısının miqyası çox genişdir və onlar bu qısa sadalananlarla bitmir. Bu gün jurnalist peşəkarlığı ilə yanaşı, media orqanlarını nümayəndələrinin milli maraqlarımızın müdafiəsində göstərdiyi həssaslıqda böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, hansı sahədə çalışmağımızdan, siyasi mövqeyimizdən asılı olmayaraq hər birimiz milli, vətəndaşlıq təəssübkeşliyimizi qorumalıyıq. Bu çox zəruridir. İnkişaf etmiş ölkələrin milli təhlükəsizliyinin təminatı üçün dövlətlərin və medai orqanlarıın həssas davranışını da heç zaman unutmaq olmaz. Milli Mətbuatımızın yaranmasının 141-ci ildönümü ərəfəsində bütün həmkarlarımı, dəyərli qələm adamlarını, repartyorları, redaktorları, jurnalist adını hər zaman uca tutan dostlarımızı təbrik edirəm, işlərində və şəxsi həyatlarında uğurlar arzulayıram!".

Əli