KİVDF Sabunçu rayonunda konfrans keçirdi Hadisə

KİVDF Sabunçu rayonunda konfrans keçirdi

Dünən Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Konfransa Respublikasının aparıcı qəzetlərin, informasiya agentliklərinin və xəbər portallarının baş redaktorları və Sabunçu rayonunun icra strukturlarının rəhbərləri iştirak ediblər. Konfransdan öncə Sabunçu rayonun sosial-iqtisadi inkişafına həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. Daha sonra konfransı giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon ictimaiyyətinin media nümayəndələri ilə bu formatda görüşünün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rayon haqqında məlumat verən Adil Vəliyev Sabunçunun Bakının 3 ən böyük rayonlarından biri oludğunu diqqətə çatdırıb. İcra başçısı burada fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər barədə də geniş məlumat verib.
Jurnalistikanın cəmiyyətin həyatında oynadığı rola toxunan Adil Vəliyev Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğulayıb. O, Sabunçu RİH-nin media ilə əməkdaşlıbın inkişafında maraqlı oldubunu da qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun iştirakı ilə bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldğını bildirib. O, paytaxtla bərabər, regionlarda da artıq belə çoxsaylı tədbirlərin keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Vüqar Səfərli Azərbaycan milli mətbuatının inkişafı yoluna da nəzər salıb: "Milli mətbuatımızın inkişaf tarixini 3 dövrə bölmək olar. Birinci dövr mətbuatımızın əsası qoyulduqdan Sovet hakimiyyətinin qurulmasına qədər olan müddəti, ikinci dövr Sovet hakimiyyəti illərini, nəhayət üçüncü dövr isə Azərbaycanın yeni müstəqillik tarixini əhatə edən mərhələdir".
Müstəqillik əldə etdikdən sonra Azərbaycan mediasının inkişaf yoluna geniş nəzər salan Vüqar Səfərli Ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə həmişə böyük qayğı ilə yanaşdığını vurğuladı. Ümummilli liderin mətbuat üzərində senzuranın ləğvinə dair fərmanı ilə Azərbaycanda söz, məlumat və fikir azadlığının təməli qoyuldu. Daha sonra Vüqar Səfərli Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin mətbuatın inkişafı üçün gördüyü işlərdən söz açıb: "2009-cu il aprel ayının 3-də Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək məqsədi ilə cənab Prezidentin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond il ərzində KİV layihələrinin maliyyələşdirilməsilə bağlı müsabiqələr elan edir. Eyni zamanda müxtəlif icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkilini həyata keçirir".
Vüqar Səfərli onu da vurğuladı ki, dövlət başçısı jurnaslitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də konkret addımlar atır: "Buna konkret nümunə kimi ötən ilin iyulun 22-də cənab Prezidentin iştirakı ilə açılışı olmuş jurnalistlər üçün inşa edilmiş binanın media nümayəndələrinə təqdim olunmasını göstərmək olar. Daha bir binanın isə inşası davam etdirilir. Bütün bunlar cənab Prezidentin mediaya böyük diqqət və qayğısının bariz nümunəsidir".
Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirilib.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda birgə elan edilmiş müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 23 redaksiyadan 38 yazı təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 1-ci yerə bir nəfər, 2-ci yerə iki nəfər, 3-cü yerə üç nəfər, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 800 manat, 3-cü yerin qalibinə 600 manat, həvəsləndirici yerlərin qaliblərinə isə 200 manat məbləğində pul mükafatı verilib.

XC