Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub Hadisə

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
C. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə aqzadlıqdan məhrum ediliblər.
Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilsin.