Ərzaq məhsulları bahalaşır Hadisə

Ərzaq məhsulları bahalaşır

Qadir İbrahimli: "Sənaye və İnkişaf Hazirliyinin antinhisar departamentinin süni qiymət artımlarına müdaxilə etmək hüququ var"

Son zamanlar ərzaq məhsullarının qiymətində artım özünü daha çox göstərməkdədir. Qiymətlər tədricən günü gündən bahalaşır. Bu gün bir qiymətə alınan məhsulu sabah daha baha qiymətə alırsan. Ümumiyytlə Azərbaycanda artıq neçə illərdir ki, qəribə bir tendensiya formalaşıb. Artıq neçə illərdir ki, bu proses yüksələn xətlə inkişaf etməkdədir və yaxşılığa doğru heç nə dəyişmir.
İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, ərzaq məhsullarında qiymət artımı gözləniləndir. Onun sözlərinə görə, Azərbaycanda inflyasiya əvvəlki illərlə müqayisədə çox yüksəkdir: "2012-ci ildə inflyasiya 1,1faiz olduğu halda 2013-cü ildə bu rəqəm 2,4 faizə yüksəlib. Hesab edirəm ki, qiymət artımı ərzaq məhsullarında özünü göstərdiyi kimi, digər sahələrə də təsirsiz ötüşməyəcək".
Onun fikrincə, Azərbaycanda inflyasiyanı müəyyən edən qruplar var: "Həmin qruplarda elə məhsullar var ki, onların qiyməti hər zaman ucuzlaşır. Xüsusən də elektrotexnika növlərində. Texnikaların yeni modeli çıxan zaman köhnələrin qiymətində hər zaman ucuzlaşma baş verir. Əmək haqlarının artımı xəbəri də bazarlarda qiymətlərin artımına təsir göstərir. Ona görə də əmək haqlarındakı artım ərzaq məhsullarında baş verən qiymət artımını konpensasiya edə bilmir. Təəssüflər olsun ki, Azərbaycanda vəziyyət məhz belədir".
İqtisadçı ekspert Qadir İbrahimli isə dedi ki, buna yanacağın qiymətinin artımı da müəyyən təsirlər edir: "Ancaq bu təsirlər qiymət fərqlərinə adekvat deyil. Tutaq ki, yancağın maya dəyəri 3 qəpik artırıb. Ancaq qiymətlər 10 qəpik artır. Bütövlükdə yanacağın bahalaşması inhisarçıların əlinə bəhanə verib. Ərzaq məhsullarının qiymətləri liberallaşdırılıb. Yəni bazar bunu özü tənzimləyir. Ancaq Sənaye və İnkişaf Hazirliyinin antinhisar departamentinin süni qiymət artımlarına müdaxilə etmək hüququ varSənaye və İnkişaf Hazirliyinin antinhisar departamentinin süni qiymət artımlarına müdaxilə etmək hüququ var".

Əli