“Milli mətbuatımız öz ictimai missiyasını qoruyub saxlaya bilib”
Məhbus fəalların ittihamlarını elan edin!- İnsan haqları fəalları
ABŞ-ın Urmiya yaxınlığına zərbəsi nəticəsində bir neçə nəfər yaralanıb
Vacib dərmanların Abbas Lisaniyə çatdırılmasına icazə verilmir
“Meşə yanğınlarının əksəriyyəti insan amili nəticəsində baş verir”
19 İyul 21:39
1 337
İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 kilometr aralıda – kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.