Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb Hadisə

Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ətraflı
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.