21:15
770
İspaniya və Argentina millilərinin 2026-cı il dünya çempionatının finalı öncəsi nəzərdə tutulan məşqləri təxirə salınıb.
Xalqcebhesi.az xəbər verir ki, buna Nyu-Cersi ştatında müşahidə olunan ildırımlı hava şəraiti səbəb olub.
İspaniya millisinin yerli vaxtla saat 11:00-da məşqə başlaması planlaşdırılırdı. Komanda bazaya vaxtında çatsa da, FİFA nümayəndəsi futbolçuların meydana çıxması üçün 30 dəqiqə ərzində ildırım qeydə alınmamasının vacib olduğunu bildirib. Hava şəraiti yaxşılaşmadığından məşq ləğv edilib.
İspaniya millisinin bazasından 8 kilometr aralıda məşq etməli olan Argentina yığması da meydana vaxtında çıxa bilməyib. Yerli vaxtla saat 11:30-da başlamalı olan məşq hələlik təxirə salınıb.
Qeyd edək ki, İspaniya – Argentina finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniya tarixində ikinci, Argentina isə dördüncü dəfə dünya çempionu olmağa çalışacaq.