Dağlıq rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Cəmiyyət

Dağlıq rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.