İsrail ordusu Qəzzaya zərbələr endirdi Gündəm

İsrail ordusu Qəzzaya zərbələr endirdi

İsrail ordusu Qəzza zolağının bir neçə rayonunda radikal qruplaşmalara məxsus hərbi obyektləri məhv etmək məqsədilə silsilə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Rəsmi bəyanatda zərbələrin konkret hansı nöqtələrə yönəldiyi qeyd olunub:

"İsrail ordusu Qəzza zolağında bir neçə terror hədəfinə, o cümlədən silah anbarına, silah istehsalı sexinə və raket buraxılış qurğusuna zərbələr endirib. Məhv edilən silah və sursatlar SAXAL əsgərlərinə və İsrailin mülki sakinlərinə zərər vurmaq məqsədilə hazırlanıb".