Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
19 İyul 22:19
19 İyul 22:19
19 İyul 18:38
19 İyul 17:29
1 211
Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.
Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb.
İsrailli bir mənbənin iddiasına görə, xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən səsvermə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Prezidenti İlham Əliyevin adından Baş nazirin Ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu tərəfindən bloklanıb.
“Haaretz” yazır ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə məsələni Knessetin gündəliyindən çıxardığını və buna görə də ötən həftə yay tətilindən əvvəl keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacağını bildirib.
19 İyul 17:32
1 211
18 İyul 19:24
1 939
18 İyul 19:23
1 911