İsrail rəsmisi: Yaxın Şərqdə istənilən ssenariyə hazırıq Gündəm

İsrail rəsmisi: Yaxın Şərqdə istənilən ssenariyə hazırıq

İsrail Yaxın Şərqdə hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır.

Bunu İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman TASS-a açıqlamasında deyib.

"Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq. SAXAL İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında mövqelərini qoruyub saxlayır",- o qeyd edib.