Hakan Fidan iordaniyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi Dünya

Hakan Fidan iordaniyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər İran ətrafında cərəyan edən hadisələr fonunda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.