“Metsamor AES region üçün ekoloji bombadır” Hadisə

“Metsamor AES region üçün ekoloji bombadır”

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Metsamor AES region üçün ekoloji bombadır" adlı kitabı rus dilində (Мецаморская АЭС - экологическая бомба для региона) çapdan çıxıb. "Elm" nəşriyyatında çap olunan kitabın elmi məsləhətçisi, institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə, ön sözün müəllifi isə Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyevdir.
Kitabda Ermənistan Respublikasının ərazisində yerləşən və qəzalı vəziyyətdə olan Metsamor AES-in təkcə region üçün yox, bütün dünya üçün təhlükə mənbəyi olduğu qeyd edilir. Həmçinin əsərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Metsamor AES üçün anbarlar kimi istifadə olunan obyektlərin aşkar edildiyi, həmin anbarlardakı radioaktiv materialların kütləvi şəkildə oğurlanıb satılması haqda məlumatlar əksini tapıb.