

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.
Xalqcebhesi.az xəbər verir ki, görüş zamanı nazir son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə XXXII Ümumdünya Yay Universiadası (FISU), XII Dünya Oyunları, XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin VI İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.
İclasda həmçinin idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də, "Tədbirvar" (tedbirvar.az) platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib və gündəlikdəki digər məsələlər müzakirə olunub.