“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
12 Sentyabr 2025 17:19
5 411
Cənubi Koreyanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə bu gün Bakı Musiqi Akademiyasının Opera Zalında “2025 Azərbaycan K-POP Festivalı” keçirilib.
Festivalda 600-dən çox K-POP pərəstişkarı iştirak edib və tədbir böyük coşqu ilə baş tutub. Bu, Azərbaycan gənclərinin K-POP-a və ümumilikdə Koreya mədəniyyətinə olan güclü maraq və sevgisini bir daha nümayiş etdirib.
Bu il festival üçün ümumilikdə 24 komanda müraciət edib, onlardan yalnız seçmə turu uğurla keçən 6 komanda final səhnəsinə vəsiqə qazanıb.
İştirakçılar səhnədə hazırladıqları K-POP rəqslərini böyük həvəslə təqdim edib, tamaşaçılar isə onları gurultulu alqış və səmimi dəstəklə qarşılayıb. Nəticədə yarışmanın qalibi Liga De Javu komandası, ikinci yerin sahibi isə Grifon teens komandası olub.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu çıxışında festivalda iştirak edən bütün komandaları təbrik edərək, K-POP-un artıq sadəcə musiqi janrı olmaqdan çıxıb bütün dünyanın sevdiyi qlobal mədəniyyət hadisəsinə çevrildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın gənc nəslinin ehtirası və yaradıcılığı Koreya ilə Azərbaycanı daha da yaxınlaşdırmış və iki ölkəni daha geniş dünyaya bağlayan bir körpü rolunu oynayıb.
![]()
![]()
4 İyun 10:56
1 512
2 İyun 20:00
10 647
1 İyun 18:57
2 415