Əcnəbilərin Azərbaycanda elmi dərəcə alması məsələsinə baxılacaq Hadisə

Əcnəbilərin Azərbaycanda elmi dərəcə alması məsələsinə baxılacaq

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elmi dərəcə almaları ilə bağlı qaydaların dəyişdirilməsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunub.
Müzakirələrdə bununla bağlı "Təhsil haqqında" qanunun 23.5-ci maddəsinə (Doktorantura) dəyişiklik təklif olunduğu bildirilirb .
Dəyişiklik təklifinə əsasən ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, "Elm haqqında" qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: "Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir".
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.