13:32
637
Oman hakimiyyəti ərəb respublikasında siyasi prosesi bərpa etmək məqsədilə Səudiyyə Ərəbistanı və Yəməndəki münaqişə tərəfləri ilə koordinasiyalı şəkildə iş aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə sultanlığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Oman Sultanlığı hazırda siyasi prosesi bərpa etmək, eləcə də regionda təhlükəsizlik və sabitliyi təmin edəcək yol xəritəsini reallaşdırmaq məqsədilə Səudiyyə Ərəbistanı, Yəmən nümayəndələri və BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", — deyə mətndə qeyd olunur.
Məryəm Quliyeva