ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb İqtisadiyyat

ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Şahdəniz" yatağından qaz və kondensat satışından daxilolmalar azalıb.

Hesabat dövründə Şahdəniz yatağından Fonda 423,3 mln. manat vəsait daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 mln manat və ya 3,2% azdır. Ötən ilin ilk yarısında bu göstərici 437,1 mln. manat təşkil etmişdi.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd. 743,2 mln. manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 789,8 mln manat və ya 15,9% çoxdur.

Hesabat dövründə Fondun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirlər 4 mlrd 974,3 mln manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 mln manat, akrhesabı ödənişlər isə 3,6 mln manat təşkil edib.