13:24
679
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından daxilolmalar artıb.
Hesabat dövründə ARDNF-yə AÇG yatağından 4 mlrd 427,3 mln manat vəsait daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,4 mln manat və ya 1,2% çoxdur. Ötən ilin ilk yarısında AÇG-dən Fonda daxilolmalar 4 mlrd 374,9 mln manat təşkil etmişdi.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd 743,2 mln manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 789,8 mln manat və ya 15,9% artıb.
Fondun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirlər 4 mlrd 974,3 mln manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 mln manat, akrhesabı ödənişlər isə 3,6 mln manat təşkil edib.