21:57
665
"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Estoniyanın "Payde" klubu ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, "qartallar" səfərdə minimal hesabla məğlub olublar - 1:0.
***
21:44
"Payde" - "Zirə" matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, "Payde" doğma azarkeşləri önündə hesabda irəli keçib - 1:0.
87-ci dəqiqədə A. Çam fərqlənib.
***
21:02
“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyada “Payde”nin qonağıdır.
Teleqraf xəbər verir ki, qarşılaşmada ikinci hissə başlayıb.
İlk 45 dəqiqədən sonra hesab açılmayıb - 0:0.
***
21:02
“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyada “Payde”nin qonağıdır.
Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.
Komandalar fasiləyə qədər fərqlənə bilməyiblər.
***
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Payde” (Estoniya) - “Zirə” oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Estoniyanın Pyarnu şəhərində yerləşən “Rannastaadion” stadionunda keçirilir.
Görüşü Moldovadan olan baş hakim Roman Jitari idarə edir.