17:02
749
ABŞ Dövlət katibi M.Rubio və Rusiyanın XİN rəhbəri S. Lavrov arasında uzun fasilədən sonra görüş keçirildi. Bu görüş tərəflər arasında Ukrayna ilə bağlı yeni danışıqların başlanması üçün yeni ortamın formalaşmasına hesablanırdı.
Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib k, artıq, bu görüşdə ABŞ və Rusiyanın yenidən bir araya gəlməsi mümkün görünmür. Moskva Ankoric danışıqları formatına qayıtmağa təklif etsə də M. Rubio etiraz etdi:
"Qeyd edim ki, ABŞ Ukrayna- Rusiya müharibəsində vasitəçi deyil, tərəfdir. NATO-nun Ankara zirvə toplantısında Vaşinqton Avropa İttifaqı ilə birgə Ukraynaya dəstək verəcək. Həmçinin Vaşinqton Kiyevə "Patriot" havadan müdafiə sistememlərinin istehsalı ilə bağlı lisenziya verməsi fonunda Kremlin Vaşinqtondan vasitəçiliy istəməsi sual doğurur.
Kreml Ukraynada müharibədə dərin bir strateji bataqlığa düşdüklərini indi fərqindədirlər. V. Putinin ərazilərin mübadiləsindən planından geri çəkilməsini bəyan etməkləri isteriyadan irəli gəlir.
Ümumiyyətlə, Kiyev öz ərazilərini niyə alver predmetinə çevrilməlidir?! Hazırda Ukrayna üstün durumdadır və Rusiya çalışır ki, yenidən Ankoric danışıqları ilə Vaşinqtonun Kiyevə dəstəyini kəssin. Artıq ABŞ prezidenti D. Tramp buna getməyəcək.
Moskva birbaşa Kiyevlə birbaşa danışıqlara başlamaq istəyir. Rusiya nümayəndəsini gələn həftə Kiyevə göndərəcək".
Cavid