20:42
644
İranın Qəşm adasının Suza bölgəsi raket zərbəsinə məruz qalıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə ABŞ-ın hücumu nəticəsində Qəşm adasının Suza şəhərinin sahil hissəsinə bir raket düşüb.
İlkin məlumatlara əsasən, hadisənin təfərrüatları, eləcə də mümkün ziyanın miqyası aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, Qəşm adası İranın Hörmüzqan əyalətində yerləşir və İranın, eləcə də Yaxın Şərqin ən böyük adası hesab olunur.