Azər Tağıyev səlahiyyətlərini müavininə verib Hadisə

Azər Tağıyev səlahiyyətlərini müavininə verib

Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsinin icrasını müavini Fərhad Nəcəfova həvalə edib.
Bu barədə Fərhad Nəcəfov məlumat verib. O deyib ki, A. Tağıyev səhhəti ilə bağlı vəzifəsinin icrasının ona həvalə edilməsinə dair əmr imzalayıb: "Bunu istefa kimi təqdim etmək düzgün deyil. Azər Tağıyev müvafiq əmr imzalayıb. Kollegiyaya sədr Rəyasət Heyətinin konfransında seçilir".
Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə deyib ki, bununla bağlı rəsmi məlumat yayacaqlar. O, iclas barədə ətraflı məlumat vermək istəməyib.