Tanınmış rejissor həbs edilib Hadisə

Tanınmış rejissor həbs edilib

Azərbaycanın tanınmış rejissoru Ağalar İdrisoğlu həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ağalar İdrisoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Ağalar İdrisoğlunun dələduzluq əməli ilə bağlı bu ilin aprelində Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Həmin məlumatda qeyd edilir ki, onun ayrı-ayrı vətəndaşlardan almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olunub.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.