AVCİYA-nın təşkilatçılığı ilə Şamaxıda Dəyirmi Masa keçirilib Hadisə

AVCİYA-nın təşkilatçılığı ilə Şamaxıda Dəyirmi Masa keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və "İnsan Hüquqları XXI əsr-Azərbaycan" fondunun birgə təşkilatçılığı ilə "Uşaqlara siqaret satmaq qadağandır!" ümumrespublika kampaniyası çərçivəsində noyabrın 3-də Şamaxı rayonunda "Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları" mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan Fondun prezidenti Şahin Camalov ilk növbədə gələn qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə məlumat verib. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşüb. Daha sonra cari ilin mart ayında Bakı şəhərində "ELS" müstəqil araşdırmalar mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilib. Şamaxı rayon polis şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun ispektoru Şaiq Qulamov gənclərin zərərli vərdişlərdən uzaqlaşdırması istiqamətində apardıqları profilaktik tədbirlər barədə geniş məlumat vermiş, sosial fəallığın artırılmasının vacibliyini bir daha vurğulayıb. Daha sonra Şamaxı rayonu 10 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini K. Əliyev də zərərli vərdişlərlə mübarizə üçün gördükləri işlər barədə məlumat vermiş, sağlam həyat tərzinin təbliği istiqamətində cəmiyyət daxili maarifləndirmə işinin təşkilinin əhəmiyyətinə toxunub.
Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, rayon polis şöbəsinin əməkdaşları, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak ediblər. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə olunub.