Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib Hadisə

Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən Lerikdə vətəndaşları qəbul edib.
APA-nın cənub bürosunun məlumatına görə, Lerik rayon Mədəniyyət Evində təşkil olunan qəbula Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də qatılıb.
Nazirliyin müvafiq strukturları rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyətini işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər təşkil edib.
Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib.
Gün ərzində 357 vətəndaşın müraciəti dinlənilib və onların əksər hissəsi elə yerindəcə öz həllini tapıb.