Qətərli vasitəçilər İrana gəliblər Gündəm

Qətərli vasitəçilər İrana gəliblər

Qətərli danışıqlar aparıcıları Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq üçün İran rəsmiləri ilə görüşlər keçirmək məqsədilə İrandadırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələr ABŞ ilə koordinasiyalı şəkildə aparılır. Onların əsas məqsədi daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq, həmçinin atəşkəs barədə ABŞ-İran memorandumunun icrasını müzakirə etməkdir.

Bundan əlavə, tərəflər son vaxtlar baş verən gərginliyə səbəb olan problemləri, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsi ilə bağlı fikir ayrılıqlarını tənzimləmək niyyətindədirlər, — deyə agentliyin həmsöhbəti əlavə edib.

Məryəm Quliyeva