İran ABŞ və İsrailə infrastruktur hücumlarına görə cavab zərbələri ilə hədələyib Dünya

İran ABŞ və İsrailə infrastruktur hücumlarına görə cavab zərbələri ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr bəyan edib ki, ölkəsi ABŞ-nin hücumlarını cavabsız qoymayacaq.

Xalqcebhesi.az xəbər verir ki, onun bəyanatından "Tasnim" agentliyi sitat gətirib.

"İranın infrastrukturuna edilən hücumlar cavab tədbirləri ilə qarşılanacaq və bu cinayətlərin arxasında duran cinayətkar sionist rejim də (İsrail nəzərdə tutulur) cavabdan yayına bilməyəcək", — deyib.

Məryəm Quliyeva