17:34
623.webp)
Seneqal millisinin tarixinin ən yaxşı bombardiri Sadio Mane yığma komandadakı karyerasını başa vurub.
Bu barədə 34 yaşlı hücumçu açıqlama verib.
“Əl-Nəsr”in futbolçusu milli komanda ilə vidalaşdığını bildirib:
“Bu bayraq üçün hər şeyimi fəda etmişəm. Özümü tamamilə bu komandaya həsr etmişəm və vətənimiz üçün həmişə bütün gücümlə mübarizə aparmışam”.
Sabiq “Liverpul” futbolçusu gələcəkdə də ölkə futboluna fayda vermək istədiyini söyləyib. O, məşqçilər korpusunda, baş məşqçi postunda və ya futbol qurumlarında çalışaraq təcrübəsini Seneqal futbolunun xidmətinə verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Sadio Mane Seneqal millisində 130 oyun keçirib və 54 qol vurub. O, yığma ilə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.
DÇ-2026-da qrupdan çıxan Seneqal 1/16 finalda Belçikaya əlavə vaxtda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.