Prezident Mehdiabad-Digah-Məmmədli yolunun açılışında iştirak edib Hadisə

Prezident Mehdiabad-Digah-Məmmədli yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Qeyd edilib ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.
Dövlət başçısına Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verilib. Bildirilib ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir.
Binəqədi şosesində yenidənqurma işləri iki mərhələdə aparılıb.