17:12
469
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.
FHN-dən verilən xəbərə görə, tədbirlərin keçirilməsində məqsəd əhaliyə çimərliklərdə təhlükəsizilik qaydaları barədə müvafiq biliklərin aşılanması olub.
Ətraflı
Ad - 00:06
Belə ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal Regional mərkəzləri tərəfindən müvafiq olaraq Bakı şəhəri və Abşeron yarımadası, Sumqayıt şəhəri, Lənkəran şəhəri və Xaçmaz rayonu ərazisində yerləşən çimərliklərdə sularda təhlükəsizlik qaydalarına dair silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena qaydalarına əməl olunması, uşaqların nəzarətsiz qoyulmaması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün görülməli olan zəruri tədbirlər barədə tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.






