Rezidenturaya qəbulun nəticələri açıqlandı Hadisə

Rezidenturaya qəbulun nəticələri açıqlandı

Tural

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 4-də 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib. TQDK-nın məlumatına görə, nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir. Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 11-dən 15-dək olan müddətdə müvafiq quruma:
- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;
- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;
- Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.