“Azərbaycan Avropa ilə Asiya arasında strateji körpüdür”
27 Aprel 21:09
27 Aprel 21:09
27 Aprel 19:27
27 Aprel 17:04
8 Avqust 2019 11:48
1 624
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
27 Aprel 22:04
1 036
27 Aprel 20:04
1 043
27 Aprel 19:25
1 113