

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Qurban bayramı günündə 100 imkansız ailəni sevindirib.
AAC-in sədri Fərid Əzizovun Avrasiya.net-ə verdiyi məlumata görə, hər il olduğu kimi bu il də cəmiyyətin daxili imkanları hesabına qurbanlıq qoyunlar alınaraq kəsilib və ölkənin Salzburq şəhərində məskunlaşan imkansız ailələrə paylanılıb: "Bu dəfə 10 qoyun alıb kəsdik və Suriyadan, Əfqanıstandan köçkün düşüb Salzburqda düşərgələrdə məskunlaşan ailələrə paylanılıb". F.Əzizov onu da qeyd edib ki, qurban payları onun rəhbərliyi və iştirakı ilə cəmiyyətin əməkdaşları tərəfindən qaçqın düşərgələrinə aparılıb və oradaca imkansızlara paylanılıb: "Bu xeyirxah missiyanı hər il dövlətimizin adından edirik. Yaxın və Orta Şərq ölkələrində müharibənin ağrılarını yaşayıb didərgin düşərək Avstriyada məskunlaşan yüzlərlə ailəni sevindiririk. 100 ailənin hər birində azı 7-8 nəfərin olduğunu nəzərə alsaq, bu 700-800 insan edir. Biz nə ediriksə, dövlətimizin adından edirik və bu kimi xeyirxahlıq əməllərimizlə Azərbaycanın dünyada sülhsevər, humanist dövlət olduğunu bir daha sübut edirik".