 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 25 Sentyabr  2019 18:03
25 Sentyabr  2019 18:03 4 312
4 312
Beynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz halında maddə olan və üzərində "ArchCafe Cappuccino Dua (Coconut Cappuccino)" sözləri yazılmış 1 ədəd kağız paket aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən paketin içərisində təmiz çəkisi 17,715 qram olan ağ rəngli toz şəkilli maddənin tərkibini stanolon (androstanolon) adlı dərman preparatı təşkil edir. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən kütlədə təsiredici maddənin ümumi miqdarı 7,11 qramdır.
Beləliklə, gömrükçülər tərkibi stanolon (androstanolon) adlı dərman preparatından ibarət olan maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә, yəni həmin maddəyə digər mal görüntüsü verilməklə, paketdə qablaşdırılmaqla keçirilməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.
 30 Oktyabr 19:58
30 Oktyabr 19:58 1 085
1 085 30 Oktyabr 16:44
30 Oktyabr 16:44 1 274
1 274 30 Oktyabr 16:18
30 Oktyabr 16:18 1 253
1 253 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    