
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və bu ali məktəbin Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov BDU-nun müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, universitet 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib. Tarix fakültəsi də BDU-nun yaşıdıdır. Yaqub Mahmudov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunudur: “Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.
Bildirilib ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Dekan olarkən Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.