Rusiya XİN rəhbəri Nyu-Yorkda ABŞ dövlət katibi ilə görüşəcək Dünya

Rusiya XİN rəhbəri Nyu-Yorkda ABŞ dövlət katibi ilə görüşəcək

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Dövlət Katibi Marko Rubio ilə görüşəcəyini və Vaşinqtonun Ukraynadakı vəziyyətə baxışını onunla müzakirə edəcəyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Lavrov Rusiya Diplomatiya Akademiyasında keçirilən səfirlər üçün dəyirmi masada bildirib.

"Nyu-Yorkda Baş Assambleya çərçivəsində Dövlət Katibi Rubio ilə görüşüm planlaşdırılıb. Dövlət Departamentinin bu barədə ne düşündüyünü bir qədər anlamaq istərdik", - deyib.

Məryəm Quliyeva