Şəhid ailələri və qazilər üçün ayrıca dövlət qurumunun yaradılması təklif olunur
Türkiyə XİN: Hörmüz boğazında keçidlərə icazə verilməlidir, təmasları davam etdiririk
Hakan Fidan: “Tək millət, iki dövlət” şüarı ilə münasibətlər irəliləyir
Ceyhun Bayramov və Hakan Fidan sülh gündəliyini müzakirə edib
14:19
371
“Qardaş Türkiyə uzun illər terrordan əziyyət çəkib və bu gün Türkiyə ordusunun gücü, qətiyyəti, eyni zamanda, Türkiyə siyasətçilərinin siyasi müdrikliyi və uzaqgörənliyi artıq qardaş ölkəni terrorsuz bir ölkəyə çevirib. Son aylarda isə qanunvericilik orqanının da bu prosesə qoşulması ilə terrorsuz Türkiyə gündəmi yeni bir mərhələyə qədəm qoyub. Bu, qürurvericidir. Çünki bu, Türkiyənin güclənməsinə, Türkiyə xalqına rifahın gəlməsinə səbəb olacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, Türkiyə güclənəcək və Azərbaycan prezidentinin dediyi kimi, Türkiyənin gücü həm də bizim gücümüzdür: “Məsələnin ən pis tərəfi ondan ibarət idi ki, terror gündəmi Türkiyəyə xaricdən diktə edilirdi, yerli dinamiklərin və yaxud yerli demoqrafik-sosial münasibətlərin nəticəsi olaraq təbii şəkildə ortaya çıxmamışdı. Xarici dəstəkli müxtəlif terror təşkilatları yaradılırdı və bu addımlar Türkiyənin güclənməsinin və Türkiyə xalqının rifah içində yaşamasının qarşısını almaq üçün atılırdı”.
Deputat vurğulayıb ki, bu gün artıq terror gündəmi Türkiyənin siyasi gündəliyində və praktik həyatında yoxdur: “Biz arzu edirik ki, qardaş Türkiyədə həmişə rifah, sülh, daxili sabitlik olsun, heç bir terror hadisəsi baş verməsin. Qalan digər məsələlər isə qardaş ölkənin siyasiləri və ölkə prezidenti tərəfindən Türkiyənin və Türkiyə xalqının maraqları kontekstində addım-addım həyata keçiriləcək”.
Röya İsrafilova