14:40
385
Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, 108 il öncə bu gün Qafqaz İslam Ordusu Bakını işğaldan azad edib.
“Hakan bəyin bugünkü səfərinin rəmzi mənası var”, - Ceyhun Bayramov əlavə edib.