
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusnümayəndələrinin azad edilmiş torpaqlara son səfəri Ermənistandakı revanşist qüvvələrin və ümumilikdə reallıqlarla hələ də barışa bilməyən erməni cəmiyyətininisterikasına səbəb olub. Sayca 22-ci səfər olan bu səfərinermənilərdə bu qədər təşviş və əks-səda yaratması diplomatik korpusun geniş heyətlə təmsil olunması, xüsusilə də, Qərbin siyasi elitasının ön planda dayanması ilə bağlıdır.
Belə ki, 58 ölkə, 9 beynəlxalq təşkilatdan 150 nəfərlik nəhəng heyətin tərkibində ABŞ, Fransa, Almaniya, Avropa İttifaqı səviyyəsində diplomatların səfərə xüsusi ovqat qatması, Azərbaycanın legitim ərazilərində mövcud vəziyyəti və həqiqətləri etiraf etmələri Ermənistan cəmiyyətinin qıcıqlarını tarıma çəkib. Bu səfər dünya birliyinə və ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret olaraq faktlaşdırdı, legitim yekun möhürünü vurdu.
Gəncəsər və Xudavəngin, habelə Qafqaz Albaniyasından qalmış digər tarixi abidələrin erməni irsi kimi təqdim edilməsi, Azərbaycan ərazisində tarixən ermənilərin məskunlaşması və müasir Ermənistan ərazisində guya azərbaycanlıların yaşamamasına dair təbliğat, irqçiyanaşma ifşa edildi.
Eyni zamanda, qonaqlar əsrlər boyu öz dədə-baba torpaqlarında yaşamış Qərbi Azərbaycanlıların min illər ərzində yaratdığı mədəni irsi darmadağın etmiş Ermənistanın dözümsüzlük və irqçilik mahiyyətini anlamağa başlayır.
Diplomatlar Qarabağda Qafqaz Albaniyasının tarixinin və irsinin canlı şahidi olmaqla, oradakı abidələrin Azərbaycan dövlətinə və xalqına məxsusluğuna, dövlət tərəfindən ən yüksək səviyyədə və məsuliyyətlə qorunduğuna tamamilə əmin oldular. Bu isə Ermənistanın Qafqaz Albaniyası irsinə və digər tarixi abidələrə irqçi yanaşmasının, inkar siyasətinin iflası deməkdir.
Uzun illər Qarabağın tarixi-mədəni-dini irsi, toponomiyası ilə bağlı özününküləşdirmə aktı həyata keçirən ermənilərinQərbdə və dünya miqyasında apardığı saxta təbliğat və mif darmadağın oldu. Erməni cəmiyyətində dərin sarsıntı yaradan da məhz diplomatların ziyarət zamanı 30 illik yalanı rədd edərək əsl tarixi gerçəkliklərlə razılaşması, Azərbaycanla həmrəyliyik nümayiş etdirməsidir.
Ermənistan isə öz növbəsində diplomatik korpusunxoşməramlı səfərinə, obyektiv baxış və düşüncələrinə qarşı qəbuledilməz ritorika sərgiləyərək növbəti dəfə ikiüzlüsimasını nümayiş etdirdi.
Əlbəttə, bu, Azərbaycanın suveren ərazisinə və daxili işlərinə qarışmaqdır, kobud müdaxilədir və erməni cəmiyyətinin xarici diplomatları kəskin tənqid atəşinə tutması bütün etik normaları, beynəlxalq sivil qaydaları aşmaq deməkdir.
Təəccüb doğurmayacaq hal isə Ermənistan hakimiyyətinin də revanşist qüvvələri dəstəkləməsidir. Müxalifətin reaksiyası məlumdur, ancaq Azərbaycanla sülh prosesini aparan, Azərbaycanın açdığı regional kommunikasiyalar sayəsində “müstəmləkəçilikdən” qurtulmağa çalışan Ermənistanın bəzi rəsmilərinin davranışı anlaşılan deyil.
Bu zərərli və kinli kampaniyanın arxasında hakimiyyətin dayanmasına dair məlumatların öz təsdiqini tapması isə İrəvanın yeni qurulan qonşuluqda hansı səmimiyyətə, xarakterə malik olmasını əks etdirir. Bu həm də sülh prosesinə qəsdən zərbə endirmək niyyətinə xidmət edən təxribatçı fəaliyyətlərdir.
Baş verənlər onu göstərir ki, Ermənistan nə sülh prosesində, nə də bölgədə formalaşan əməkdaşlıq platformasında səmimi deyil. Rəsmi İrəvan cılız maraqlarını güdərək Azərbaycana qarşı nifrət ruhu təlqin etmək xislətindən əl çəkmək istəmir.
İstənilən halda, erməni cəmiyyətində yaşanan hay-küyə baxmayaraq, bu səfər qəti bir reallığı tarixə yazdı:
- Azərbaycan xarici diplomatlarla düzgün kommunikasiyanı qurmaqla regiondakı vəziyyətin panoramasını dəqiq və heç bir müdaxilə olmadan dünyaya təqdim edir;
- Dövlətimiz Qərb dövlətləri başda olmaqla, xarici müşahidə üçün şəffaf və hərtərəfli qapı açır ki, qonaqlar aparılan fəaliyyətlərə canlı şahidlik etsin, öz suverenliyini bərpa etmiş ölkəmizin sülhsevər niyyətini, bölgədə çiçəklənmə və rifah quruculuğunda qətiyyətini, beynəlxalq əməkdaşlıq üçün yaratdığı münbit mühitini yerindəcə izləsinlər.
Ramid Namazov
Milli Məclisin deputatı