Növbəti köç karvanları Xocavəndə çatıb Hadisə

Növbəti köç karvanları Xocavəndə çatıb

Sentyabrın 15-də doğma yurdlarına yola salınan növbəti köç karvanları Xocavənd şəhərinə, Quzeyxırman kəndinə və Qırmızı Bazar qəsəbəsinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərində 33 ailədən ibarət 135 nəfərə, Quzeyxırman kəndində 8 ailədən ibarət 41 nəfərə, Qırmızı Bazar qəsəbəsində isə 9 ailədən ibarət 44 nəfərə mənzillərin açarları təqdim edilib.

Beləliklə, bu gün ümumilikdə 50 ailədən 220 nəfərin Xocavənd rayonuna köçü təmin olunub.

Açarların təqdim edilməsi mərasimlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanları Xocavəndə çatıbNövbəti köç karvanları Xocavəndə çatıbNövbəti köç karvanları Xocavəndə çatıb