“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
13 Dekabr 2019 15:44
1 960
Elşad Eyvazlı: “Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirməkdir”
Bir müddət öncə Parlament Jurnalistləri Birliyinin (PJB) “Şirməmməd Hüseynov” mükafatı təsis etməsi barədə məlumat vermişdik. Birliyin rəhbəri Elşad Eyvazlının “Xalq Cəbhəsi”nə verdiyi məlumata görə, artıq "Şirməmməd Hüseynov” mükafatının əsasnaməsi də PJB İdarə Heyətinin qərarı ilə təsdiqlənib: “Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
“Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və fəaliyyətində peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.
E.Eyvazlı bildirib ki, “Şirməmməd Hüseynov” mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissyiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”. Seçim qaydasına gəlincə, sədr bildirib ki, Ekspert Komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından mükafata layiq namizədləri seçib PJB İdarə Heyətinə təqdim edəcək: “PJB İdarə Heyəti üzvlər arasında keçirilən sorğu vasitəsilə qalibi müəyyən ediləcək. Mükafat və onun diplomu hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təntənəli surətdə təqdim olunacaq. Bir şəxs yalnız bir dəfə bu mükafatla təltif edilə bilər. Mükafat vəfat etmiş şəxslərə verilmir. “Şirməmməd Hüseynov” mükafatı qiymətli metaldan hazırlanmış medaldan ibarətdir. Medalın bir üzündə Şirməmməd Hüseynovun şəkli, digər üzündə isə Parlament Jurnalistləri Birliyinin (PJB) loqosu təsvir olunur”.