13:15
1 113
Çexiya Ukraynanı maliyyələşdirməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu mövqeyin dəyişməz qaldığını Baş nazir Andrey Babiş "Idnes" xəbər portalına müsahibəsində təsdiqləyib.
"Ukraynaya pul verməyəcəyimiz qüvvədə qalır. Biz mərmi təşəbbüsü vasitəsilə ona dəstək verməyə davam edirik, lakin Çexiya büdcəsindən heç bir pul verməyəcəyik", — deyə Baş nazir bildirib.
O xatırladıb ki, NATO-nun iyulun 7-8-də Ankarada keçirilən sammitində Ukraynaya maliyyə yardımı göstərmək qərarını hər bir dövlətin müstəqil şəkildə qəbul etməsi barədə razılıq əldə olunub. Babişin sözlərinə görə, Çexiya diqqətini müdafiə xərclərinin ÜDM-in 2%-nə qədər artırılması planının icrasına yönəldib. Respublika bu göstəriciyə 2027-ci ildə nail ola biləcək.
Məryəm Quliyeva